YENİ DÜŞÜNCƏ MODELİMİZ NECƏ OLMALI?!
 

Əksər vaxtı həyatımızda əldə etdiyimiz Nəticələr heç də ürəyimizcə olmayır. Təəssüf  ki, bunun səbəblərini çox zaman araşdırılması lazım olan yerdə deyil, fərqli istiqamətlərdə axtarırıq.

Bəs əslində bizim Nəticələrimizə təsir göstərən amil nədir?!

Təbii ki, ilk növbədə ürəyimizcə olmayan Nəticənin necə baş verdiyini anlamaq üçün bunu yarada biləcək mənbəni axtarmalıyıq. Bir çox  tədqiqatçılar Nəticələrimizə öz düşüncə tərzimizin təsirinin olduğunu haqlı olaraq qeyd edirlər.

Məsələ bundadır ki, düşüncə tərzimiz, başqa cür desək düşüncəmizdə yer alan fikirlər bizim duyğularımıza və davranışlarımıza təsir edir. Davranışlarımız isə müəyyən hərəkətlər etməyimizə zəmin olur və Nəticə ortaya çıxır.

Beləliklə sadə bir misal bunu sübut edə biləcək. Tutaq ki, universitetə təzə qəbul olunmuş 3 nəfər bir-birimizi indiyədək tanımayan və təzəcə tanış olan şəxslər, yəni Mən, Sən və O, yataqxanada bir otağı müvəqqəti yaşamaq üçün icarəyə götürdük. Açarı alıb gəldik otağın qapısını açıb mənzilə daxil olduq.

Məlum oldu ki, kirayə götürdüyümüz otaq səliqəsiz vəziyyətdədir, ortalıq tör-töküntüylə doludur, zibil dizəcəndir.

Təbii ki, otaq təmizlənməlidir. Amma kim təmizləsin, necə təmizləsin?! Sual budur.

Məsələ belədir ki, təsəvür edək ki, biz 3 yoldaş yəni, Mən, Sən və O, eyni fikirləri düşünürük, eyni düşüncədəyik. Düşüncəmizə hakim olan fikir isə bu cürdür: “Başqası etsin, mən də edərəm”. Bu fikir (tezis) cəmiyyətdə  ən çox insanlar arasında yayılmış bir düşüncə modelidir (düsturudur). İndiki vəziyyətimiz həmin modelə görə belə təsbitlənir: “Başqası yığışdırsın, mən də yığışdıraram”. Yəni mən düşünürəm ki, “Başqası yığışdırsın, mən də yığışdıraram”, Sən də düşünürsən ki, “Başqası yığışdırsın, mən də yığışdırım”, o da düşünür ki, “Başqası yığışdırsın, mən də yığışdırım”.

Tutaq ki, bir gün ərzində hər birimiz həmin düşüncənin daşıyıcısıyıq və bu düşüncə tərzinə görə “Başqası yığışdırsın, mən də yığışdırım” fikrinə uyğun hərəkət edirik. Yəni həmin düşüncəyə görə 3 nəfərin üçü də başqası yığışdırsın, sonra mən yığışdıraram deyə düşündüyündən otaq təmizlənəcəkmi?

Əlbəttə, xeyir yığışdırlmamış qalacaq. Çünki Mən də, Sən də, O da düşünürük ki, “Başqası yığışdırsın, mən də yığışdıraram”.

Yəni birinci başqası yığışdırsın ki, mən də sonra yığışdırım. Bu fikir bizim davranışımıza necə təsir edir?! O cür təsir edir ki, heç kim birinci yışıdrmaq təşəbbüsündə olmayır, davranışımıza təsir edən bu fikir axırda bizi otağı yığışdırmaqdan kənar edir. Və nəhayət Nəticə o cür olur ki, otaq zibbili, səliqəsiz qalmaqda davam edir.

İndi isə gəlin düşüncə tərzimizdə dəyişilik edək. Belə bir fikri düşüncəmizə, özümüzə hakim edək ki, “Mən edim, başqası da edər”. Bu tezis (model) təəssüflər olsun ki, insanların az müraciət etdiyi modeldir. Bizim indiki vəziyyətə görə, model bu cür olacaq: “Mən yığışdırım, başqası da yığışdırar”. Bu zaman nə baş verir?!

Yəni Mən də düşünürəm ki, “Mən yığışdırım, başqası da yığışdırar”, Sən də düşünürsən ki, “Mən yığışdırım, başqası da yığışdırar”, O da düşünsün ki, “Mən yığışdırım, başqası da yığışdırar”. Nəticədə bu fikir üzrə hərəkətə keçsək, bu fikri (tezisi) icra etsək davranışımıza təsir edəcək və istədiyimiz fərqli Nəticə ortaya çıxacaq.

Mən öz fikrim üzrə (“Mən yığışdırım, başqası da yığışdırar” modeli) hərəkət edərək otağı yığışdırmağa başlayacam, Sən də də bu düşüncənin tələbi ilə, yığışdırmağa başlayacaqsan, O da eyni hərəkəti etməli olacaq və beləliklə istədyimiz Nəticə meydana çıxacaq.

 Nahayət sonucda otaq təmizlənmiş olacaq. Bu da fikrin, düşüncə tərzinin Nəticəni necə dəyişdiyini göstərən sübutdur.

Ona görə də, xoşumuza gəlməyən, bizi qane etməyən Nəticələrimizi dəyişdirmək üçün ilk növbədə düşüncə tərzimizi sorğulamalı, ilkin mənbəyə baxaraq, istədiyimiz Nəticəni ala bilməyimizə mane olacaq fikrləri yenisi ilə əvəz edəcəyik. Yəni istədiyimiz Nəticəni əldə etməyimiz üçün zəmin ola biləcək fikirlər müəyyən edərək dərhal hərəkətə keçməliyik.

Yuxarıda göstərdiyimiz model “Mən edim, başqası da edər” tezisi çox vacibdir və onu istənilən məsələ ilə bağlı tətbiq edə bilərik.

 

Ramin Allahverdi

ZAMAN GÖZLƏMİR
 
Facebook beğen
 
 
Bugün 11 ziyaretçi (13 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol