ŞEİRLƏR

Ramin Allahverdi


 HƏSRƏTİN ZİNDANIM OLUB

 

Həsrətin zindanım olub

Görə bilmirəm səni,

Bu zindandan çıxar məni.

 

Çıxar gedək evimizə,

Gedib bir az savaşarıq

Tez küsüb, tez barışarıq.

 

Savaşıb yorulanda,

(Bulanıb durulanda...)

Baş qoy sinəm üstünə

Eşqin içimdə sönməmiş.

Dünyaya etibar yox...

Qulaq asarsan səsinə

Ürəyim daşa dönməmiş!

 

20.01.2020



Hara gedirsən

 

Axı, hara gedirsən?

De, bilim sonra çıx get.

Qoyma evi yiyəsiz,

Qoy gəlim sonra çıx get.

 

Ətəyi daşdı getmə,

Şeytanı daşda, getmə,

Gözləri yaşdı getmə,

Gəl silim sonra çıx get.

 

Mən də evə gəlmərəm,

Yas tutaram gülmərəm,

Sənsiz ölə bilmirəm,

Gəl, ölüm sonra çıx get.

Avqust 2009

ZAMAN GÖZLƏMİR
 
Facebook beğen
 
 
Bugün 20 ziyaretçi (23 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol